Gədəbəydə koronavirus xəstələri ilə profilaktik söhbət aparılıb

Gədəbəydə koronavirus xəstələri ilə profilaktik söhbət aparılıb
# 07 aprel 2021 09:09 (UTC +04:00)

Gədəbəy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları koronavirus testinin nəticəsi pozitiv çıxan, ev şəraitində müalicə alan rayon sakinlərini ziyarət edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, xüsusi dəst geyinən və müəyyən edilmiş tibbi qaydalara riayət edən polis əməkdaşları ziyarət zamanı vətəndaşlarla profilaktik söhbətlər aparmış, onlara sağalana qədər yaşayış yerlərini tərk etməmələri bildirilib.

Hər hansı bir sosial və digər bir məsələlərlə bağlı DİN-in “102 Zəng Mərkzi” xidmətinə və ya Gədəbəy RPŞ-yə müraciət edə biləcəkləri vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR