Gədəbəydə mikroavtobusla minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Gədəbəydə mikroavtobusla minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var - YENİLƏNİB
# 01 fevral 2020 12:19 (UTC +04:00)

Gədəbəydə mikroavtobusunun minik avtomobili ilə toqquşması nəticəsində 1 nəfər ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, ölən şəxs Səfərov Azər Bayram oğludur. Hadisə zamanı 7 nəfər - 1985-ci il təvəllüdü İsmayılov Sail Şamil oğlu, 2002-ci il təvəllüdlü Abbasov Coşqun Ələkbər oğlu, 1985-ci il təvəllüdlü Budaqov Emin Zakir oğlu, 1963-cü il təvəllüdlü Ələkbərov Ağa Ələkbər oğlu, 1964-cü il təvəllüdlü Məmmədəliyeva Mənzər Mikayıl qızı, 1996-cı il təvəllüdlü Sadıqova Solmaz İslam qızı, 1967-ci il təvəllüdlü Şəmilova Şəhla İsgəndər qızı xəsarət alıb.

***

12.09

Gədəbəydə mikroavtobus minik avtomobili toqquşub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Slavyanka kəndində qeydə alınıb. “Qazel” markalı mikroavtobusla “VAZ 2106” markalı minik maşını toqquşub.

Nəticədə mikroavtobusda olan şəxslərdən bir neçəsi xəsarət alıb.

Hadisə yerinə Yol Polisi əməkdaşları cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR