Gədəbəydə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 28-də saat 20 radələrində Gədəbəy rayonunun Qumlu kəndi ərazisində E.Kazımov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən şəhər sakini Babək Hüseynovu vurub.
Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.