Gecədən bu saata qədər Bakıda 24 yol qəzası baş verib

Gecədən bu saata qədər Bakıda 24 yol qəzası baş verib
# 24 fevral 2021 10:36 (UTC +04:00)

Gecədən bu saata qədər Bakıda 24 yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə APA-ya açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

O bildirib ki, hava şəraiti ilə bağlı paytaxtın yolları buz bağlayıb və sürüşmə nəticəsində nəqliyyat vasitələri toqquşub: “Gecə saatlarından kəskin hava şəraiti ilə bağlı nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb. Bəzi küçə və prospektlərdə, enişli-yoxuşlu döngələrdə maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib. Bu saata qədər paytaxtın inzibati ərazisində 24 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Ölən və yaralanan olmayıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR