General-leytenant Rövşən Əkbərovun nədə ittiham olunduğu məlum olub - YENİLƏNİB

General-leytenant Rövşən Əkbərovun nədə ittiham olunduğu məlum olub - YENİLƏNİB
# 16 mart 2021 09:33 (UTC +04:00)

Sabiq birlik komandiri, ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun nədə ittiham olunduğu məlum olub.

APA xəbər verir ki, R. Əkbərov Ukraynada qəsdən adam öldürmə cinayətində təqsirləndirilir.

Nəsimi rayon Məhkəməsində hakim Azər Tağıyevin icraatında Rövşən Əkbərov barəsində istintaq orqanının təqdimatına baxılıb və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

***

07:45

Baş Prokurorluq ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun həbs edilməsi ilə bağlı xəbərə münasibət bildirib.

Qurumun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, R.Əkbərovun həbs edilməsi barədə yayılan xəbərlər doğrudur.

Qeyd olunub ki, ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcək.

Xatırladaq ki, R.Əkbərovun həbs edildiyi və barəsində məhkəmə tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məlumatlar yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR