Geoloji Kəşfiyyat Xidmətinin əməkdaşları Badamdarda sürüşmə zonasında ilkin müşahidələrə başlayıb

Geoloji Kəşfiyyat Xidmətinin əməkdaşları Badamdarda sürüşmə zonasında ilkin müşahidələrə başlayıb
# 28 yanvar 2021 23:11 (UTC +04:00)

ETSN-in Geoloji Kəşfiyyat Xidmətinin əməkdaşları Badamdardakı sürüşmə ərazisinə gedib.

Xidmətin rəisi Əli Əliyev APA-ya bildirib ki, hazırda mütəxəssislər Badamdar yolunun sağ yamacında 20-ci km-ə gedən yolda baş vermiş proseslə bağlı ilkin müşahidələr aparırlar:

"Sağ yamacda çox böyük süxur kütləsi aşağı sürüşüb. Sürüşmənin dilinin minimal hündürlüyü 90 sm-dən yuxarıdır. Yolun aşağı hissəsində tikilmiş restoran binasında dağıntı baş verib. İlkin müşahidələrə görə, yamacın Badamdar massivi hissəsində qoruyucu divarlarda kütlənin təsiri ilə dayanıqlığı itirib və aşağı sürüşüb. Süxurlar islanmış süxurlardır. Süxur kütləsinin altından su sızması müşahidə edilir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR