Gələn il məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarına ayrılacaq vəsait açıqlanıb

Gələn il məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarına ayrılacaq vəsait açıqlanıb
# 21 dekabr 2020 12:42 (UTC +04:00)

Gələn il üçün dövlət büdcəsində məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının xərclərinə 2 milyard 92 milyon 827 min 281 manat ayrılması nəzərdə tutulub.

APA-nın məlumatına görə, bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, məhkəmə hakimiyyətinə 109 milyon 960 min 320 manat, hüquq-mühafizə 1 milyard 580 milyon 697 min 336 manat, prokurorluq 99 milyon 523 min 233 manat, hüquqi yardım 4 milyon 539 min 200 manat, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq sahələrinə aid edilən digər fəaliyyətlərə isə 298 milyon 107 min 192 manat ayrılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR