Gəncə sakini Samuxda qanunsuz ov edərkən saxlanılıb - FOTO

Gəncə sakini Samuxda qanunsuz ov edərkən saxlanılıb - FOTO
# 17 mart 2021 08:44 (UTC +04:00)

Samuxda qanunsuz ov edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində Gəncə şəhər sakini Rəşid Əsgərovun özünə məxsus, müvafiq icazə sənədləri olan “Valter” markalı tüfənglə Samux rayonu ərazisində qanunsuz olaraq çöl quşlarını ovlaması müəyyən edilib.

R.Əsgərov qanunvericiliklə müəyyən edilmiş qaydada saxlanılaraq RPŞ-yə gətirilib və barəsində İnzibati Xətalar Məcəlləsinin 272-ci (Balıq və digər su bioresurslarının mühafizəsi və ov qaydalarının pozulması) maddəsi ilə protokol tərtib edilərək baxılması üçün aidiyyəti orqana göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR