Gəncə sakini bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib

Gəncə sakini bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib
# 16 oktyabr 2020 04:29 (UTC +04:00)

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Natəvan qəsəbəsində qeydə alınıb.

40 yaşlı Qurbanov Vüqar İslam oğlu hər iki budunun kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat olunub, vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə ilə bağlı polisə məlumat verilib. V.Qurbanovun hansı şəraitdə bıçaq xəsarəti alması məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR