Gəncə sakini qardaşını bıçaqlayıb

Gəncə sakini qardaşını bıçaqlayıb
# 21 mart 2021 22:27 (UTC +04:00)

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə köhnə Yevlax avtovağzalının yaxınlığında qeydə alınıb.

1981-ci il təvəllüdlü Emin Quliyev döş qəfəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstə əməliyyat olunub.

İlkin məlumata görə, hadisəyə səbəb qardaşlar arasındakı mübahisə olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR