Gəncə sakini sirkə turşusundan zəhərlənib

Gəncə sakini sirkə turşusundan zəhərlənib
# 03 yanvar 2021 02:16 (UTC +04:00)

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin C.Şıxlıniski küçəsində baş verib.

Şəhər sakini, 1973-cü il təvəllüldü İsayev Mehman Famil oğlu zəhərlənmə diqanozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, 47 yaşlı kişi həyat yoldaşı ilə dalaşandan sonra sirkə turşusu içib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR