Gəncə sakini tanışı tərəfindən bıçaqlanıb

Gəncə sakini tanışı tərəfindən bıçaqlanıb
# 17 iyul 2020 23:37 (UTC +04:00)

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin ərazisində olan köhnə erməni qəbiristanlığında qeydə alınıb.

Şəhər sakini, 1976-cı il təvəllüdlü Cəfərov Ceyhun Rasim oğlu qarnının sol yan bud nahiyəsinin sağ və sol budun kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. O, dərhal cərrahi əməliyyat olunub, vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, 44 yaşlı kişi tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR