Gəncə sakinində silah və narkotik aşkarlanıb

Gəncə sakinində silah və narkotik aşkarlanıb
# 05 aprel 2021 12:43 (UTC +04:00)

Gəncə sakinində silah və narkotik aşkarlanıb.

Bu barədə APA-nın yerli bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib. Verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Nizami rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən, əvvəllər bir neçə dəfə məhkum olunmuş, şəhər sakini, Xəyal Talıbov saxlanılaraq, RPİ-nə gətirilib. Onun üzərində şəxsi axtarış keçirilən zaman çəkisi 50.76 qram qram narkotik maddə olan “heroin” aşkar edilərək götürülüb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində, X. Talıbovun şəhər ərazisindəki fərdi yaşayış evinə baxış keçirilib. Baxış zamanı fərdi yaşayış evindən, sellofan torbada 1 ədəd, müvafiq sənədi olmayan, qundağı və lüləyi kəsilmiş, atəşə yararlı tüfəng aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR