Gəncə və Biləsuvar sakinlərindən silah götürülüb

Gəncə və Biləsuvar sakinlərindən silah götürülüb
# 21 yanvar 2020 12:27 (UTC +04:00)

Gəncə və Biləsuvar sakinlərində silah aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş O.Mərdanovdan qaz tapançası götürülüb.

Davam etdirilən tədbirlərlə onun evindən isə “AK-74” markalı silah, 1 ədəd patron darağı və 30 ədəd patron aşkar edilərək götürülüb.

Bundan başqa, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayon sakini R.Əmənovdan müvafiq sənədləri olmayan nömrəsi silinmiş “İJ-58” markalı ov tüfəngi götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR