Gəncədə 1-ci sinif şagirdi məktəbdə ölüb - YENİLƏNİB

Gəncədə 1-ci sinif şagirdi məktəbdə ölüb - YENİLƏNİB
# 26 noyabr 2019 15:02 (UTC +04:00)

Məktəb direktoru 1-ci sinif şagirdinin ölümünə münasibət bildirib.

M.Ş. Vazeh adına 16 saylı tam orta məktəbin direktoru Elmira Yusifova APA-nın yerli bürosuna bildirib ki, dünyasını dəyişən şagird epilepsiya xəstəsi olub. Bu gün səhər saatlarında şagirdin halı qəfildən pisləşib. Məktəbə təcili tibbi yardım çağırılıb. X.Hətəmli xəstəxanaya aparılarkən yolda ölüb.

***

Saat 14:30

Gəncədə bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə 16 nömrəli tam orta məktəbdə qeydə alınıb. Belə ki, məktəbin 1-ci sinif şagirdi, 2013-cü il təvəllüdlü Hətəmli Xədicə Rəhim qızının məktəbdə halı pisləşib və o yıxılıb. Məktəbli hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR