Gəncədə 10 yaşlı məktəblini maşın vurub

Gəncədə 10 yaşlı məktəblini maşın vurub
# 25 fevral 2021 17:55 (UTC +04:00)

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, 10 yaşlı Hüseyn İbrahimov yolu keçmək istəyən zaman onu avtomobil vurub.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

H.İbrahimovun orta məktəb şagirdi olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR