Gəncədə 5 otaqlı evdə yanğın olub

Gəncədə 5 otaqlı evdə yanğın olub
# 03 mart 2021 21:23 (UTC +04:00)

Gəncə şəhərinin Nizami rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 5 otaqlı evin 3 otağının yanar konstruksiyaları və dam örtüyü 71 m² sahədə, digər otağının tavanı 16 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, evin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR