Gəncədə 59 yaşlı qadın sirkə turşusu içib, vəziyyəti ağırdır

Gəncədə 59 yaşlı qadın sirkə turşusu içib, vəziyyəti ağırdır
  • Clock-gray 10:33
  • calendar-gray 07 İyun 2020

Gəncədə qadın zəhərlənib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Bağman yaşayış massivində  yaşayış evlərinin birində qeydə alınıb.

Belə ki 1961-ci il təvəllüdlü Cəmilə Cəfərova Araz qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə 59 yaşlı qadın sirkə turşusu içərək zəhərlənib. Onun hansı səbəbdən sirkə turşusu içməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu

Digər xəbərlər