Gəncədə dərmandan zəhərlənən kişi ölüb.
APA-nın yerli bürosunun verdiyi xəbərə görə, 60 yaşlı Məzahir Məzahirli müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
***
Saat 09:47
Gəncədə zəhərlənmə hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, şəhərin S.M.Əfəndiyev küçəsində yaşayan 1959-cu il təvəllüdlü Məzahirli Məzahir hüşsuz vəziyyətə xəstəxanaya yerləşdirilib. 60 yaşlı kişinin dərmandan zəhərləndiyi bildirilir. Onun vəziyyəti orta ağırdır.
Hadisə ilə bağlı polisə məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.