Gəncədə “Eliş” ləqəbli narkotacirdən 300 min manatlıq narkotik götürülüb

Gəncədə “Eliş” ləqəbli narkotacirdən 300 min manatlıq narkotik götürülüb
  • Clock-gray 10:26
  • calendar-gray 21 Yanvar 2021

Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Cinayət Axtarış İdarəsininin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, şəhər sakini Etibar Yaqubov saxlanılaraq ŞBPİ-yə gətirilib və üzərinə baxış keçirilən zaman 76 qram  narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. 

Aparılan araşdırmalar zamanı E.Yaqubova narkotik vasitə satan şəxsin Gəncə şəhər sakini “Eliş” ləqəbəbi ilə tanınan Eldəniz İmanlı olduğu müəyyən edilib. E.İmanlıya və bibisinə məxsus şəhər ərazisindəki fərdi yaşayış evlərində keçirilən əməliyyat-axtarış zamanı 11 qutuda, ümumi çəkisi 32 kq və qara bazarda satış dəyəri 300 000 manat olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

İlkin dindirilmə zamanı E. İmanlı narkotik vasitənin toxumunu bir neçə il bundan əvvəl Gürcüstan Respublikasından gətirdiyini və satmaq üçün ötən ilin mart ayında əkərək ona qulluq etdiyini bildirib. Saxlanlın şəxslər maddi sübutlar ilə birlidə istintaqa təhvil verilib.

Faktla bağlı Gəncə ŞBPİ-nin İstiq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

Fuad Nazimoğlu

Digər xəbərlər