Gəncədə Mənzil Kommunal Təsərrüfat Birliyinin işçisi xəsarət alıb

Gəncədə Mənzil Kommunal Təsərrüfat Birliyinin işçisi xəsarət alıb
# 24 dekabr 2019 04:08 (UTC +04:00)

Gəncə sakini ehtiyatsızlıqdan xəsarət alıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Sadılı qəsəbəsində qeydə alınıb.

1976-cı il təvəlüdlü Səmədov Qabil Bəhrəm oğlu zibil maşınından yıxılıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilən xəstəyə sağ tərəf 6, 7, 8, 9 qabırğaların sınığı diaqnozu qoyulub. Vəziyyətinin kafi olduğu bildirilir.

Qeyd edək ki, Q.Səmədov Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat Birliyinin işçisidir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR