Gəncədə “VAZ 2107” markalı avtomobil “KamAZ”a çırpılıb, xəsarət alan var

Gəncədə “VAZ 2107” markalı avtomobil “KamAZ”a çırpılıb, xəsarət alan var
# 06 aprel 2020 01:05 (UTC +04:00)

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili “KamAZ” markalı zibil maşınına çırpılıb. Qəza zamanı minik maşınının sürücüsü Abbasov Ədalət Qulu oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR