Gəncədə ana və iki azyaşlı övladı dəm qazından boğularaq ölüb - YENİLƏNİB - 2 - FOTO

Gəncədə ana və iki azyaşlı övladı dəm qazından boğularaq ölüb - YENİLƏNİB - 2 - FOTO
  • Clock-gray 13:31
  • calendar-gray 08 Mart 2021

Gəncədə dəm qazından boğulan qadın Xırdalan şəhər 2 saylı məktəbin ingilis dili müəllimi olub.

 

APA dünyasını dəyişən ana və uşaqların fotosunu təqdim edir: 

Saat 10:13

Gəncə şəhərində ana və iki azyaşlı övladı dəm qazından boğularaq ölüb.

APA xəbər verir ki, hadisə Yeni Gəncə deyilən ərazidə baş verib.

Orada yaşayan 1987-ci il təvəllüdlü Leyla Bağırova onun övladları 2014-cü il Murad Məmmədov və 2015-ci il Xədicə  Məmmədova hamamda çimərkən dəm qazından zəhərlənərək ölüblər.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi başlanıb.

Səlcuq Elçin

Digər xəbərlər