Gəncədə avtomobil ağaca çırpılıb sürücü ağır xəsarət alıb

Gəncədə avtomobil ağaca çırpılıb sürücü ağır xəsarət alıb
# 24 dekabr 2020 13:08 (UTC +04:00)

Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb. Belə ki, “Hyundai” markalı minik maşını ağaca çırpılıb. Hadisə yerinə FHN əməkdaşları cəlb olunub və avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü çıxarılaraq xəstəxanaya aparılıb.

Faktba bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR