Gəncədə avtomobil iki piyadanı vurub

 Gəncədə avtomobil iki piyadanı vurub
# 10 sentyabr 2020 13:25 (UTC +04:00)

Gəncədə iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, şəhərin Dədə Qorqud prospektində yolu keçmək istəyən orta yaşlı bir qadını və bir azyaşlını maşın vurub.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Birinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR