Gəncədə avtomobillə motosiklet toqquşub, xəsarət alanlar var

Gəncədə avtomobillə motosiklet toqquşub, xəsarət alanlar var
# 11 avqust 2020 16:05 (UTC +04:00)

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan "VAZ 2106" markalı minik maşını ilə motosiklet toqquşub. Qəza zamanı motosikletin sürücüsü və sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR