Gəncədə baş verən qəzada 2 nəfər xəsarət alıb

Gəncədə baş verən qəzada 2 nəfər xəsarət alıb
# 22 mart 2021 19:26 (UTC +04:00)

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan "Nissan" markalı minik maşını ilə "Daewoo" markalı yük maşını toqquşub.

Qəza zamanı minik maşınında olan iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR