Gəncədə baş verən qəzada 3 nəfər xəsarət alıb

Gəncədə baş verən qəzada 3 nəfər xəsarət alıb
# 06 fevral 2021 09:25 (UTC +04:00)

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Fikrət Əmirov küçəsində qeydə alınıb. Hərəkətədə olan iki minik maşını toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR