Gəncədə biri azyaşlı olmaqla iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosnun məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 2 nəfər - 33 yaşlı Qurbanova Xumar Misir qızı və onun 2 yaşlı oğlu Məmmədov Telman Tariyel oğlu xəstəxanaya yerləşdirilib.
Dərhal yaralılara lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.