Gəncədə dəm qazından zəhərlənmə faktı ilə bağlı cinayət işi başlanıb

Gəncədə dəm qazından zəhərlənmə faktı ilə bağlı cinayət işi başlanıb
# 10 dekabr 2019 09:30 (UTC +04:00)

Gəncədə dəm qazından zəhərlənmə faktı ilə bağlı cinayət işi başlanıb.

APA-nın məlumatına görə, şəhərin Natəvan qəsəbəsində Şəki rayonunun Kiçik Dəhnə kənd sakini, 1970-ci il təvəllüdlü Məmmədzadə Mehdi Bayram oğlu həyətdə olan hamamda çimərkən dəm qazından boğularaq ölüb. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci( səhlənkarlıq, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, M.Məmmədzadə həmin ünvanda kirayə qalırmış. O, bir neçə gün əvvəl Gəncəyə işləmək üçün gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR