Gəncədə evdə partlayış olub, xəsarət alan var

Gəncədə evdə partlayış olub, xəsarət alan var
# 08 aprel 2021 09:55 (UTC +04:00)

Gəncədə evdə partlayış olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində yerləşən binaların birində qeydə alınıb.

Hadisə zamanı 34 yaşlı Cəmilə Musayeva yanıq xəsarətləri alıb. Qadın dərhal xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR