Gəncədə fərdi yaşayış evində yanğın olub

Gəncədə fərdi yaşayış evində yanğın olub
# 19 dekabr 2019 08:20 (UTC +04:00)

Gəncədə yanğın olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şərq küçəsində qeydə alınıb.

Şəhər sakini, 1960-cı il təvəllüdlü Qasımov Tofiq Həsən oğluna məxsus 169 kv/metr evin dam örtüyündə yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-in yanğın söndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Yanğın qısa müddətdə söndürülüb, yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı evin dam örtüyü 10 kv/metr və evə yaxın ərazidə 20 kv/metr məişət tullantıları yanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR