Gəncədə gənc dəm qazından zəhərlənib, vəziyyəti ağırdı

Gəncədə gənc dəm qazından zəhərlənib, vəziyyəti ağırdı
# 01 aprel 2020 20:49 (UTC +04:00)

Gəncədə gənc oğlan dəm qazından zəhərlənib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən yaşayış binasında mənzillərin birində qeydə alınıb.

2004-cü il təvəllüdlü Cavanşir Məmmədov Məhəmməd oğlu yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. Gənc oğlan dərhal yaxınları tərəfində xəstəxanaya çatdırılıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən 16 yaşlı gəncə lazımi tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR