Gəncədə gənc naməlum şəraitdə bıçaqlanıb

Gəncədə gənc naməlum şəraitdə bıçaqlanıb
# 03 dekabr 2019 20:49 (UTC +04:00)

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

1997-cü il təvəllüdlü Zalov Əli Əhməd oğlu kəsilmiş, deşilmiş yara diaqnozu ilə xəstəxanaya yerləşdirlib.

22 yaşlı gənc dərhal əməliyyat olunub. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Hadisəni törədən şəxs və ya şəxslərin tutulması istiqamətində polis tərəfindən əməliyyat axtarışlarına başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR