Gəncədə gənc oğlanı avtomobil vurub

Gəncədə gənc oğlanı avtomobil vurub
  • Clock-gray 22:27
  • calendar-gray 09 Sentyabr 2020

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın əldə etdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2106" markalı minik maşını yolu keçmək istəyən 2003-cü il təvəllüdlü İbrahimov Ramil  Kəramət oğlunu vurub. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, araşdırma aparılır.

apa-logo-mini

Digər xəbərlər