Gəncədə iki nəfəri bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB

Gəncədə iki nəfəri bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB
  • Clock-gray 09:22
  • calendar-gray 23 İyul 2020

Gəncədə iki nəfəri bıçaqlayan şəxs saxlanılıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisəni törədən şəxs şəhər sakini, 1986-cı il təvəllüdlü Novruzov Ruslan  Şöhrət oğludur. Məlumata görə, hadisəyə səbəb aralarındakı şəxsi münasibətlər olub.

***

06:10

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin “Ət Kombinatı” adlanan ərazisində qeydə alınıb.

Belə ki, həmin ərazidə iki nəfər - 1986-cı il təvəllüdlü Məmmədov Ramiz İsmayıl oğlu sağ baldırın arxa səhtinin kəsilmiş-cırılmış və Gədəbəy rayon Dəryirmandağı kənd sakini 1985-ci il təvəllüdlü Nəcəfəliyev Kamil Ələddin oğlu döş qəfəsəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Hər iki xəstəyə lazımi tibbi yardım göstərilib, yaraları tikilib.

Vəziyyətlərinin kafi olduğu bildirilir. Onların hansı şəraitdə bıçaqlanması məlum deyil. Faktla bağlı araşdırma aparılır.

 

Fuad Nazimoğlu

Digər xəbərlər