Gəncədə istehsal tarixi bitmiş məhsullar aşkarlanıb

Gəncədə istehsal tarixi bitmiş məhsullar aşkarlanıb
  • Clock-gray 11:52
  • calendar-gray 03 İyul 2020

Gəncədə istehsal tarixi bitmiş məhsulları aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 1-də şəhər sakini, əvvəllər məhkum olunmuş A.Ağalarovun Nizami rayonu ərazisində kirayədə yaşadığı mənzilə baxış zamanı oradan üzərində istifadə müddəti başa çatmış və istehsal tarixi silinmiş 2640 ədəd limonad, habelə 80 kiloqram makaron, limonad şüşələrinin üzərinə istehsal tarixi və son istifadə müddəti yazan xüsusi aparat və sellofan torba tikən avadanlıq aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Səlcuq Elçin

Digər xəbərlər