Gəncədə karantin rejimini pozan çayxana sahibi və müştərilər cərimələnib

Gəncədə karantin rejimini pozan çayxana sahibi və müştərilər cərimələnib
# 04 yanvar 2021 12:20 (UTC +04:00)

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin (BPİ) və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan APA-ya verilən məlumata görə, Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsinin əməkdaşlarının keçirdəkləri tədbirlər nəticəsində şəhərin Nizami rayonu ərazisində gizli şəkildə fəaliyyət göstərən çay evi aşkarlanıb. Obyektin icarədarı Xəyal Yəhyayev və müştərilər saxlanılaraq Nizami rayon Polis İdarəsinə gətirilib.

Polis İdarəsində həmin şəxslərlə izahedici-profilaktiki söhbətlər aparılaq koronavirus infeksiyası və xüsusi karantin rejiminin tələbləri barədə məlumat verilib. X. Yəhyayev hüquqi şəxs qismində, müştərilər isə fiziki şəxs qismində barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək cərimə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR