Gəncədə kişi həyat yoldaşı tərəfindən bıçaqlanıb

Gəncədə kişi həyat yoldaşı tərəfindən bıçaqlanıb
# 16 fevral 2021 08:03 (UTC +04:00)

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.1985-ci il təvəllüdlü Məmmədov Nicat çənə nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.

Xəstənin yaraları tikilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

İlkin məlumata görə, kişi həyat yoldaşı tərəfindən bıçaqlanıb. Hadisə ilə bağlı polisə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR