Gəncədə kişi həyat yoldaşını bıçaqlayıb

Gəncədə kişi həyat yoldaşını bıçaqlayıb
# 05 fevral 2021 02:26 (UTC +04:00)

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

1995-ci il təvəllüdlü Məmmədova Şəhanə Bayram qızı kəsilmiş-deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal cərrahi əməliyyat olunub, vəziyyətinin normal olduğu bildirilir.

Məlumata görə, qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb. Hadisənin baş verməsi səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR