Gəncədə kişi naməlum şəxs tərəfindən bıçaqlanıb

Gəncədə kişi naməlum şəxs tərəfindən bıçaqlanıb
# 05 aprel 2020 21:25 (UTC +04:00)

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində 6 saylı tam orta məktəbin qabağında qeydə alınıb.

Belə ki, orta yaşlı kişi kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyata götürülüb.

Hazırda bıçaqlanan şəxsi kimliyi və hadisənin hansı şəraitə baş verməsi araşdırılır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR