Gəncədə maşın ustası müştərini bıçaqlayıb

Gəncədə maşın ustası müştərini bıçaqlayıb
  • Clock-gray 12:24
  • calendar-gray 01 Aprel 2021

Gəncədə bıçaqlanma hadisəsi olub.

APA-nın yerli bürosunun məlumatına görə, Daşkəsən rayon sakini, 38 yaşlı Elnur İsmaylov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal  xəstə əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, E.İsmayılovu onun maşınını təmir edən usta bıçaqlayıb. Onların arasında  mübahisəyə səbəb isə maşının gec təmir olunması olub.

Hazırda hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

 

Fuad Nazimoğlu

Digər xəbərlər