Gəncədə məhbus qollarını doğrayıb

Gəncədə məhbus qollarını doğrayıb
  • Clock-gray 14:24
  • calendar-gray 12 Avqust 2020

Gəncədə məhbus özünə xəsarət yetirib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasında baş verib.

Orada saxlanılan, 1988-ci il təvəllüdlü Vüsal Rəsulov kəsici alətlə hər iki qoluna çoxsaylı  xəsarət yetirib. Təcili xəstəxanaya yerləşdirilən məhbusa ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu

Digər xəbərlər