Gəncədə minik maşını ağaca çırpılıb

Gəncədə minik maşını ağaca çırpılıb
# 08 fevral 2020 23:03 (UTC +04:00)

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan “Chevrolet Niva” markalı avtomobil idarəetməni itirərək ağaca çırpılıb. Qəza nəticəsində 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Yaralıların vəziyyətinin ağır olduğu bildilir.

Faktla bağlı araşdırma aparılır

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR