Gəncədə məktəblini maşın vurub

Gəncədə məktəblini maşın vurub
# 04 yanvar 2020 10:56 (UTC +04:00)

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, şəhərin Şah İsmayıl Xətai prospektində “VAZ 21014” markalı minik maşını yolu keçmək istəyən 2003-cü il təvəllüdlü oğlanı vurub. Məktəbli dərhal xəstəxanaya çatdırılıb, vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR