Gəncədə mənzildə meyit tapılıb

Gəncədə mənzildə meyit tapılıb
  • Clock-gray 17:33
  • calendar-gray 25 Noyabr 2020

Gəncə şəhərində mənzildə kişi meyiti tapılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1962-ci il təvəllüdlü Qurbanov Azad Şəmil oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Sail Ağasəlim

Digər xəbərlər