Gəncədə narkotacir saxlanılıb

Gəncədə narkotacir saxlanılıb
  • Clock-gray 14:46
  • calendar-gray 06 İyun 2020

Gəncədə narkotacir saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Gəncə dəmir yolu stansiyası ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş K. Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan çəkisi 2 kiloqram 380 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Araşdırma aparılır.  

 

Səlcuq Elçin

Digər xəbərlər