Gəncədə ölümlə nəticələnən qəza ilə bağlı cinayət işi açılıb

 Gəncədə ölümlə nəticələnən qəza ilə bağlı cinayət işi açılıb
# 19 fevral 2020 09:15 (UTC +04:00)

Gəncədə bir nəfərin ölümü, 3 nəfərin ağır yaralanması ilə nəticələnən qəza ilə bağlı cinayət işi açılıb.

APA-nın yerli bürosunun məlumatına görə, şəhər sakini, 1988-ci il təvəllüdlü Həsənov Səbuhi Akif oğlu idarə etdiyi “Mercedes” markalı minik maşını ilə hərəkətdə olan zaman idarəetməni itirib.

Nəticədə avtomobil ağaca, sonra isə işıq dirəyinə və hasara çırpılıb. Qəza zamanı 1982-ci il təvəllüdlü Hüseynov Ramin Təhməz oğlu hadisə yerində ölüb. 3 nəfər isə ağır xəsarət alıb. Bunlar 1980-ci il təvəllüdlü Abbasov Natiq Namiq oğlu, 1985-ci il təvəllüdlü Hümbətov Oktay Kayinat oğlu və sürücü 1988-ci il təvəllüdü Həsənov Səbuhi Akif oğludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR