Gəncədə piyadanı maşın vurub

Gəncədə piyadanı maşın vurub
# 27 yanvar 2020 19:29 (UTC +04:00)

Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

APA-nın xəbərinə görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 1958-ci il təvəllüdlü Abdullayev Nəbi Səyyad oğlunu “VAZ-2106” markalı minik avtomobili vurub.

N. Abdullayev xəstəxanaya yerləşdirilib.

Piyadanın vəziyyətinin ağır olduğu bildirilir.Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR