Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib
# 07 iyul 2020 00:34 (UTC +04:00)

Gəncədə piyadanı maşın vurub.

APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

1963-cü il təvəllüdlü Familə Avazova yolu keçmək istəyərkən minik maşını onu vurub. Piyada dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR